Ukraynanın Xarkov şəhərində Karate idman növü üzrə yarış keçirilib. Yarışda bir çox ölkənin idmançıları iştirak ediblər. Həmçinin yarışda bizim ölkəmizin idmançılarıda olub. Bu idmançılardan ikisi də bizim məktəbin şagirdləridi. Məktəbimizin 10 cu sinif şagirdi Abdullazadə Əli Azər oğlu yarışda bütün rəqiblərini məyus edərək qızıl medalın sahibi olub. 7-cı sinif şagirdimiz Abdullazadə Cavid Azər oğlu yarışda uğurla iştirak edərək üçüncü yerə layiq görülüb. Məktəbimizin direktoru Elmira Ələsgərova qardaşları təbrik edib və onlara uğurlar arzulayıb.