Rənglərin poeziyası

Məktəb foyesində Rəsul Rzanın “Rənglər silsiləsi” haqqında söhbət açıldı. Bununla bərabər rənglərin sehrinə düşmüş IX sinif şagirdi Bastanova Naibənin rəsm sərgisi şagirdlərə nümayiş olundu. Kitabxana müdiri Hafizə Abdullayeva çıxış edərək bildirdi ki, Rəsul Rzanın “Rəngləri” ni oxuduqca hər bir rəngin  nəyə isə bənzədiyini və bu bənzəyişlə ayrı - ayrı hadisələr arasında eyniliyi kəşf edirsən. Rəsul Rza bir rəng haqqında poetik təəssürat yaratmağa çalışsa da, bütöv mənzərədə hər şey bitkin görünür. Sanki Naibənin təbiət mənzərəsini yaratdığı kimi. Sonda belə qənaətə gəldik ki, Rəsul Rzanın “Rənglər” silsiləsi Azərbaycan şeirindən dünyaya açılan ilk pəncərələrdən biri idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi