Şəhidlər unudlmur

Məktəbdə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Faciəni əks etdirən rəsm sərgisi, fotostend , kitab və slayd müsabiqəsi keçirilmişdir. Təşkil olunmuş sərgi ətarfında toplantı keçirilmişdir. Tarix müəllimi Dursun Atakişiyeva məktəb kollektivi qarşısında çıxış edərək 20 yanvar faciəsinin xalqımızın həyatında rolu barədə çıxış etmişdir. Tədbirlər məktəbin müəllim və şagird kollektivinin Şəhidlər Xiyabanına ziyarəti ilə başa çatmışdır. Onlar "Şəhidlər Xiyabanı"nı ziyarət etmiş,  Azərbaycan xalqının milli- azadlıq mübarizəsi yolunda canlarını qurban vermiş Azərbaycanın oğul və qızlarının xatirəsini dərin ehtiramla yad etmişlər. Azərbaycan tarixinə şanlı qəhrəmanlıq səhifəsi yazmış şəhidlərin məzarları üstünə qərənfilllər düzmüşlər. 17.01. 2020 ci ilin  dərs gününün ilk saatı da faciəyə həsr olunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi