Bədii ədəbiyyatımız rəssamlıqda, musiqidə və kinoda

Bakı şəhəri 5 Nömrəli məktəbin “Oxu günü “ ilə əlaqədar tədbirlər planına uyğun olaraq 18 apreldə  məktəbmizin 9b sinif şagirdlərinin iştirakı ilə kitabxanada “Bədii ədəbiyyatımız rəssamlıqda,musiqidə və kinoda” adlı açıq dərs keçirildi.Dərsdə şagirdlər 3 istiqamətdə hazırladıqları Bədii ədəbiyyatımız rəssamlıqda” ,”Bədii ədəbiyyatımız musiqidə”,”Bədii ədəbiyyatımız kinoda” adlı təqdimat – layihələr nümayiş etdilər.Kitabxana müdiri K.məmmədova və məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi S.Əsədovanın iştirakı ilə layihələr əsasında müzakirələr aparıldı.Bədii əsərlərimizə çəkilmiş miniatürlərə baxıldı,şeirlərimizə bəstələnmiş mahnılar dinlənildi.Ən çox bəyənilən təqdimat H.Kərimzadənin hazırladığı “Bədii ədəbiyyatımız kinoda” oldu.Müzakirələr zamanı şagirdlər müxtəlif maraqlı fikirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi