“Xocalı qan yaddaşımızdır!” inşa yazı müsabiqəsi

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Fevralın 22-də 5 nömrəli tam orta məktəbdə bu faciəli gün ilə bağlı yuxarı sinif şagirdləri arasında “Xocalı qan yaddaşımızdır!” başlığı altında inşa yazı müsabiqəsi keçirildi.  Şagirdlər onlara ayrılmış vaxt çərçivəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  Ermənistan silahlı qüvvələri   tərəfindən Rusiyanın 366-cı  motoatıcı alayının   iştirakı ilə Xocalı şəhərini işğal   edərək etnik Azərbaycanlılara qarşı baş vermiş soyqırımhaqda öz fikir və mülahizələrini ağ kağız üzərinə köçürdülər.Yazılmış inşalarda şagirdlər  Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayət adlandırdılar və insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmayacaqlarına əminliyini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi