Şahmat qalibimizMəktəbimizin 6 A sinif şagirdi İlyas Nağıyev Ağ At şahmat klubu tərəfindən təşkil olunan Rapid turnirində 4-cü dərəcə üzrə 2-ci yerə layiq görülərək sertifikat və medalla təltif olunmuşdur.
Taekvondoda zəfərMəktəbimizin 6B sinif şagirdi Toğrul Hüseynli Akıncı Gənclik Spor Klubu tərəfindən həyata keçirilən və Türkiyədə baş tutan Taekvondo yarışında 36 kiloqram çəki dərəcəsində 1-ci yerə çıxaraq diplom və medalla təltif olunmuşdur.
Şahmatda qalibiyyət"Təhsil RİM" PHŞ-nin Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman məktəbi publik hüquqi şəxsi və "Ağ At" şahmat klubu 2 fevral Gənclər Gününə həsr olunmuş şahmat turnirinin A qrupunda oğlanlar arasında 1-ci yer tutduğuna görə məktəbimizin 7 B sinif şagirdi Əziz Məmmədov diplomla təltif olunmuşdur.