"Dəyirmi masa"

Bu gün 6-cı və 7-ci sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirildi. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlardandır. O,Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin qiymətli incilərini son dərəcədə meydana gətirmişdir. Mütəfəkkir şairin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib,əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi