"Diqqət uşaqlar!" aylığı çərçivəsində viktorina.

1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində "Diqqət uşaqlar!" aylığı çərçivəsində"Yol hərəkəti iştirakçıları!" mövzusunda viktorina keçirilib.

"Azərbaycan Respublikasında yol həəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət proqramı"nın icrası ilə əlaqədar keçirilən yarışın məqsədi

məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, istedadlı uşaqları aşkar etməkdən ibarətdir.

Viktorina çərçivəsində uşaqların yol hərəkəti qaydaları haqqında nəzəri bilikləri test çalışmaları vasitəsilə yoxlanılıb, mövzu ilə əlaqədar rəsm əsərləri çəkib,komandalar arasında velosiped yarışı keçirilib.

Komandaların çıxışları Baş Dövlət Yol Polisi İdarəsinin,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəllərii və yol təhlükəsizliyi üzrə ekspertləri tərəfindən qiymətləndirilib. Yarışın nəticəsinə əsasən Bakı şəhəri “Piyadalar” komandasından 45 nömrəli məktəbin şagirdi Məhəddinli Nərmin II yerə layiq görülüb.

Qalib komandaların üzvlərinə diplom və hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi