100 illik

     Şərqdə ilk demokratik  dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə məktəbimizin şagirdlərinin  əl işləri, rəsmlərdən ibarət guşə təşkil edilmiş, divar qəzetləri çıxarılmışdır.  24 may  2018-ci  ildə məktəbdə “Uşaqlar bizim gələcəyimizdir” başlığı altında bu münasibətlə  böyük bir tədbir keçirildi. Tədbirdə bütün yaş həddində olan şagirdlər rəngarəng nömrələrlə şanlı keçmişimizdən, bu keçmişin  tarixi əhəmiyyətli məqamlarından,  Azərbaycanımızın bu günündən, uğurlarından söhbət açdılar.

     Məktəbdə fealiyyət göstərən ingilis dili mərkəzinin iştirakçıları ingiliscə dahi M.Fizulinin  “Leyli və Məcnun” poeması əsasında hazırladıqları   səhnəciklə tamaşaçıların qarşısında çıxış etdilər.  Tədbirin sonunda məktəbin direktoru N.Axundova AXC-nin yaranmasının 100 illiyi münasibətilə  keçirilmiş inşa yazı müsabiqəsində,”Oxu günü”ndə   uğurla iştirak etdiklərinə görə bir neçə  şagirdə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərinin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş layihədə “Narkomaniya –ağ ölüm!”  adlı esse və rəsm müsabiqəsində fərgləndiyi üçün IXd sinif şagirdi Həmidov Elcana   fəxri fərmanlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi