Kərimli Elvin – İlk 700 balımız!!!

     XIrisinfinin  şagirdi Kərimli Elvin Eyvaz oğlu DİM-in  keçirdiyi  III  ixtisas  qrupu  üzrə  imtahanında 700  bal  toplamışdır.  Daim  oxumağa böyük həvəs göstərən, bütün fənlər üzrə bilik dairəsini genişləndirməyə çalışan  Kərimli Elvinin  bu uğuru məktəbin tarixində ilk  700 ballıq təlim nəticəsidir.

   Kərimli Elvin 2015-ci ildə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru”  kuboku uğrunda intellektual oyunda fəal iştirakına  görə diplom,“Bilik yarışında”  9-cu siniflər üzrə 613 bal toplayaraq  II  yer, 2016-cı ildə Azərbaycan  İntellektual Klublar Assosiasiyasının “Nə? Harada? Nə zaman?”  yarışında   I  yer,  “Gənc  fiziklərin yaradıcılıq müsabiqəsi”nin  final  mərhələsində iştirak etmiş,  Nərimanov rayonu üzrə keçirilmiş    “Gənc  fiziklərin  yaradıcılıq müsabiqəsində”  uğuruna  görə II yer, 2017-ci ildə “Hədəf bilik  yarışması-2017” - də III yer , YAP-ın  yaranmasının  25-ci ildönümünə həsr olunmuş Nərimanov rayonu üzrə orta məktəb komandaları arasında keçirilmiş “ Şanlı tarix – 25” yarışında I yer tutmuş.  O həmdə AzTv-də yayımlanan“Əlaçı”   televiziya verilişinin iki dəfə  qalibi olmuşdur.

   “Xəzər”,  “ATV”, “ Lider TV”,  “ Space TV”,  APA və  digər  telekanallar bu  gün məktəbimizdə olmuş,Kərimli  Elvinin   imtahanın  gedişinə dair təəssüratları, gələcək planları  haqqında fikirlərinə dair suallara cavabları işıqlandırılmışdır.  Məktəbin  direktoru , ona dərs  deyən müəllimlər Kərimli Elvinə aid fikirlərini söyləmiş, bu şagirdin çalışqanlığı, daim irəliyə doğru can atması, hər şeylə ətraflı şəkildə maraqlanması haqqında xoş sözlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi