“Həyatda qəhrəmanlığa həmişə yer var!” - anım tədbiri

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 45 nömrəli tam orta məktəbdə Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

   Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, millət vəkili Məlahət Həsənova, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, "ASAN xidmət"in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Milli Qəhrəman Zabit Quliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, məktəbin direktoru Nəcibə Axundova, Aprel döyüşlərində xüsusi xidmətləri olan hərbçilər (Hərbi xidmətdə fərqləndiyinə görə 3 dərəcəli medalla təltif olunan – Qasımov Faiq Qaçay oğlu, İgidliyə görə medalla təltif olunan – Rzayev Zülfi, İgidliyə görə medalla təltif olunan – Əlizadə Ağakişi, İgidliyə görə medalla təltif olunan – Huseynov Şəhriyar, Hərbi xidmətdə fərqləndiyinə görə 3 dərəcəli medalla təltif olunan – İsmayılov Oqtay, Hərbi xidmətdə fərqləndiyinə görə 3 dərəcəli medalla təltif olunan – Nəcəfov Uzeyir, Hərbi xidmətdə fərqləndiyinə görə 1 dərəcəli medalla təltif olunan – Reymxanov İmran) ümumi təhsil müəssisəsi rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

   “Həyatda qəhrəmanlığa həmişə yer var!” adlı anım tədbiri Dövlət himninin səsləndirilməsi və 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2016-cı il aprelində dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət və qazandığı qələbənin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını bildirib.  İdarə müdiri Aprel döyüşləri ilə dövlətimizin və ordumuzun öz gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bir daha sübuta yetirdiyini deyib.

   Millət vəkili Məlahət Həsənova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcəyini, üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminliyini ifadə edib.

   Tədbirdə çıxış edənlər təhsil müəssisələrində Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan Aprel döyüşlərinə həsr edilmiş mərasimlərin keçirilməsinin gənclərdə mübarizə ruhu və yüksək vətənpərvərlik hissi yaratdığını diqqətə çatdırıblar.

   Daha sonra anım tədbirində Aprel döyüşlərinə həsr edilmiş ədəbii-bədii kompozisiyalar nümayiş olunub, şeirlər səsləndirilib.

Tədbirdə Aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına həlak olan şəhid Sənan Axundovun həyatından bəhs edən videoçarx maraqla izlənilib.

   Sonda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş məktəblilərarası şahmat yarışının rayon turunda yüksək yerlər tutmuş şagirdlər mükafatlandırılıblar.

   Tədbir Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının vətənpərvərlik ruhunda çıxışları ilə başa çatıb.

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi