Səməni Festivalı

     Novruz bayramına həsr olunmuş Səməni  festivalı keçirildi. Tədbirdə I – XI sinif şagirdləri, müəllim və valideynlər xalqımızın milli geyimləri, mətbəxi, ev əşyalarını nümayiş etdirdilər. Uşaqların özlərinin yetişdirdikləri səmənilərlə, əl işləri ilə bəzədilmiş, xalçalar sərilmiş, qədim məişət əşyaları düzülmüş guşələrdə şagirdlər, valideynlər böyük bayram əhvali – ruhiyyəsi ilə Novruz bayramının sevincini bütün festival tamaşaçılarına yaşatdılar. Festival bir neçə nominasiya üzrə müsabiqə ilə tamamlandı. Şagirdlər “Ən gözəl səməni”, “ Ən gözəl xonça”, “Ən gözəl əl işi” kimi nominasiyalar üzrə diplomlarla  təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi