Ingilis dili Resurs Mərkəzinin açılışı

    Britaniya Konsulluğu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı ilə 45 saylı tam orta məktəbdə Ingilis dili Resurs Mərkəzi açılmışdır. Mərkəzin təsis edilməsinin əsas məqsədi  Azərbaycanda İngilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına açılış imkanları yaratmaqla onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir. Mərkəzin imkanlarından 5 şəbəkə məktəbin (39,212,82,178,45) şagirdləri yararlana bilərlər. Mərkəzin açılışında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Departamentinin nümayəndəsi Orxan Abbasov, Britaniya Şurasının direktoru Elizabeth White, Britaniya  Konsulluğunun Proqramlar üzrə Meneceri Gülşən Huseynova BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri  Anar Qədiməliyev  iştirak etdilər. Açılışda məktəbin direktoru N.Axundova və qonaqlar çıxış edərək İngilis dili Resurs Mərkəzinin aktuallığından, şagirdlər üçün yaradılmış gözəl imkanlardan bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi