Məktəblərdə Naxçıvan aylığı

Məktəbin tarix müəllimi Lalə Qurbanovanın təşəbbüsü və təşkilatçılığı ilə 7Ç sinif şagirdləri üçün "Naxçıvanın qədim tarixi və etimologiyası" mövzusunda maraqlı və maarifləndirici dərs keçirildi. Tədbir "Məktəblərdə Naxçıvan aylığı" layihəsi çərçivəsində həyata keçirildi və məqsəd şagirdlərə Azərbaycanın qədim torpağı olan Naxçıvanın zəngin tarixi və mədəni irsi haqqında daha geniş məlumat vermək idi.

Dərs zamanı Naxçıvanın tarixi inkişaf mərhələləri, onun coğrafi mövqeyinin strateji əhəmiyyəti, etimologiyası və adının mənşəyi haqqında müzakirələr aparıldı. Şagirdlər müxtəlif maraqlı faktlarla tanış oldular və mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi