Naxçıvan aylığı

N.Nərimanov adına 45 nömrəli məktəbin 8-ci sinif şagirdləri arasında "Məktəblərdə Naxçıvan aylığı" çərçivəsində "Breyn Rinq" intellektual yarışması keçirildi. Tədbir Azərbaycanın qədim diyarı olan Naxçıvanın tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında biliklərin artırılmasını və şagirdlər arasında maarifləndirmənin gücləndirilməsini hədəfləyirdi.

Yarışmada şagirdlər Naxçıvanın tarixi abidələri, coğrafi mövqeyi, görkəmli şəxsiyyətləri və mədəni irsi ilə bağlı müxtəlif suallara cavab verdilər. Komandalar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışma, şagirdlərin həm biliklərini yoxlamaq, həm də komanda işində iştirak etmək bacarıqlarını inkişaf etdirmək üçün əlverişli şərait yaratdı.

Bu yarışma şagirdlərin həm Naxçıvan haqqında daha dərin biliklər əldə etməsinə, həm də intellektual fəaliyyətə həvəslənməsinə şərait yaratdı. Məktəb rəhbərliyi və müəllimlər belə tədbirlərin davamlı keçirilməsinin şagirdlərin inkişafında mühüm rol oynayacağını vurğuladılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi