100 GÜN

24.12.2024 tarixində məktəbimizdə dərs gününün başlanmasının 100-cü gününü böyük sevinclə qeyd etdik. Tədbirimiz xüsusi bayram ab-havasında keçdi. Şagirdlər və müəllimlər bu əlamətdar günü daha maraqlı və yaddaqalan etmək üçün birlikdə çalışdılar.
Səhər saatlarından məktəbimiz rəngarəng bəzədildi, divarlara 100 rəqəmini əks etdirən şüarlar və plakatlar asıldı. Tədbir zamanı şagirdlər ədədlərlə bağlı maraqlı layihələr təqdim etdilər, rəqs etdilər, mahnılar oxudular. Müəllimlərimiz isə öz çıxışlarında 100 gün ərzində şagirdlərin qazandığı uğurları vurğuladı və bizi daha yaxşı nəticələrə həvəsləndirdilər.
Bu gün kollektivimiz birlik və dostluq hissini bir daha nümayiş etdirdi. 100 gün ərzində qazandığımız nailiyyətlər bizi daha çox çalışmağa və məktəbimizi daha yaxşı nəticələrlə təmsil etməyə ruhlandırdı. Bu əlamətdar gün bizə həm keçmiş uğurlarımızı xatırlatdı, həm də gələcək hədəflərimizə çatmaq üçün motivasiya verdi.