Bullinq nədir?
Məktəbin psixoloqları Aytən Həsənova və Afaq Şərifova tərəfindən "Bullinq nədir?" mövzusunda seminar keçirilib. Tədbir zamanı bullinqin növləri, qarşısının alınma yolları və bu vəziyyətə məruz qalanlara dəstək yolları müzakirə edilib. Seminarın məqsədi şagirdlər arasında bullinqə qarşı maarifləndirməni artırmaq və bu halların qarşısını almaq üçün effektiv üsullar təqdim etmək olub.