Xocalı soyqırımı.

XX əsrin Xocalı faciəsi Azərbaycan tarixinə dəhşətli hadisələrdən

biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin

davamlı olaraq etnik təmizləmə (soyqırımı siyasətinə) məruz qalmış, tarixi torpaqlarından

qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar kütləvi qırğınlarla

müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet

dövründə davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı

deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə

isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla

da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Qarabağ ətrafında başlayan

hadisələr və erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir

ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız

insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə

nəticələndi.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün

insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin

Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. 1992-ci

il fevral ayının 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində

genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı

burada yalnız 3 minə yaxın insan var idi. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman

ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı

soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə

yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər

valideyinlərindən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov

götürülmüş, onların 150 nəfərinin taleyi indiyə kimi məlum deyil. Bütün bunlar erməni

hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə

qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu

təsdiqləyir. Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim

dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, qazıntılar

zamanı üzə çıxan müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını

özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu

maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından

sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi vandalizmin bariz

nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımını hər il

qeyd edir, həlak olan insanların əziz xatirəsini dərin ehtiramla yad edir.

Bu hadisə ilə bağlı N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin foyesində "Xocalı güşəsi" yaradılıb və sil-silə tədbirlər keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi