Dünya Azərbaycanlıların Həmrəylik Günü

28 dekabr 2022-ci il tarixində məktəbimizdə ,,Dünya Azərbaycanlıların Həmrəylik Günü"-nə həsr olunmuş  ədəbi - bədii kompozisiya keçirildi. Tədbirin açılışını kitabxananın müdiri Təranə xanım Ələsgərova etdi. Tədbirdə məktəbdə fəaliyyət göstərən  Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin əməkdaşı "Gənc bələdçi" dərnəyinin rəhbəri Aygün Zamanova, məktəbin dərs hissə müdiri Əsli Mansurova, məktəbin tərbiyə işlər üzrə müavini Nazilə Əliyeva,  və "Gənc bələdçi" dərnəyinin üzvləri iştirak etdilər.
Dərnəyin üzvləri 7b sinif şagirdi Şafahatov Nihad məlahətli səsi ilə  tədbiri bəzədi. O, "Qarabağ",  "Yaşa Azərbaycan" mahnılarını ifa etdi. Nəcəfova Türkan yazdığı şeri ilə hamını valeh etdi.  5a sinfinin şagirdləri ("Gənc bələdçi" dərnəyinin üzvləri) isə "Dünya Azərbaycanlıların Həmrəylik Günü"-nə həsr edilmiş, çəkdikləri rəsm əsərini və yazdıqları esse ilə çıxış etdilər. Tədbir hamını həmrəyliyə səsləyərək Azərbaycanın ən qədim milli rəqs növlərindən biri olan "Yallı" rəqsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi