Anım günü

12 dekabr N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə gənc bələdçilər tərəfindən "Xalq Heydər söyləyəcək" adlı tədbir keçirildi. Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Aygün Zamanova və məktəbdə  fəaliyyət  göstərən "Gənc bələdçi" dərnəyinin üzvləri, Ulu Öndər - Heydər Əliyevin anım gününü qeyd etdilər. Tədbirin girişini məktəbin direktor müavini Əsli Mansurova açaraq Ulu Öndərin bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə, sədaqətlə xidmət etdiyindən danışdı. Tədbirdə  təlim - tərbiyə işlər üzrə  direktor müavini Nazilə Əliyeva, "Gənc bələdçi" dərnəyinin üzvləri iştirak etdilər. Gənc bələdçilər Ulu öndərə həsr olunmuş şerlər və mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi