Sürəti endirək

30 noyabr 2022-ci il tarixində N.Nərimanov adına 45 nömrəli tam orta məktəb -də Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş “Sürət həddini maşınların və piyadaların sıx olduğu yerlərdə aşağı endirək!” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd yol qəzalarında həlak olanların xatirəsini yad etmək, minlərlə insanın həyatına son qoyan səssiz bəlanın ciddiliyini ictimaiyyətə çatdırmaqdır.

Dərnək rəhbəri Ziyafət Musayeva Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü haqqında uşaqlara məlumat verib, yol qəzaları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyatlarınıı itirən insanların fotolarından ibarət videoçarx izlənilib.

Direktor müavini Əsli Mansurova tədbirdə çıxış edərək uşaqlara yol hərəkəti qaydalarını öyrənməyi və ona əməl etməyi tövsiyə etdi. O qeyd etdi ki, insanlar təhlükəli hərəkətlərlə məsafəni qısaltmaqdansa, daha da uzadırlar.

Tədbirdə məktəbin 30 şagirdi iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi