"Döyüşlərdə qalib dilim" adlı tədbir keçirildi.

    Məktəbdə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Döyüşlərdə qalib dilim” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirildi.

Tədbirin ilk dəqiqələrində məktəbdə doğma Azərbaycan dilini tədris edən müəllimlərin fəaliyyətini əks etdirilən musiqli videoçarx təqdim olundu. Sonra tədbirin aparıcıları - məktəbin 11-ci sinif şagirdləri Hacıyeva Gülgün və Bağırov  Rövşən tədbiri açıq elan etdilər. Tədbirdə şagirdlər tərəfindən doğma dilimizə həsr olunan şeirlər, müəllif mahnıları və xalq mahnıları ifa edildi, C.Məmmədquluzadənin “Anamım kitabı” və N. Həsənzadənin “Atabəylər” pyesindən dilimizlə bağlı səhnəciklər göstərildi. Tədbirin sonunda “Dədə Qorqud” filmindən səslənən musiqi sədaları altında məktəbin 9ç sinif şagirdi Quliyeva Lalənin rəqsi və  məktəbin 7c sinif şagirdi Hüseynzadə Zəfər tərəfindən Dədə Qorqud rolunun ifası və onun xeyir-duaları tədbir iştirakçıları və tamaşaçıları tərəfindən alqışlarla qarşılandı. Tədbir bitəndən sonra məktəbin direktoru F.İ.Həmidova  şagirdlərə doğma dilimizə sevgi ilə bağlı tövsiyələrini verdi və tədbirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi