"Qəhrəmanlar unudulmur" adlı tədbir keçirildi

26. 12. 2017 – ci il tarixində  məktəbimizdə  hərbi  vətənpərvərlik  mövzusunda  “ Qəhrəmanlar  unudulmur ”  adlı  tədbir  keçirildi..

Tədbirdə  Azərbaycan  Respublikası Müharibə,  Əmək  və  Silahlı  qüvvələr  veteranları Təşklatının  sədr  müavini,  Qarabağ  müharibəsi  veteranları, Qarabağ  əlilləri,  2016 – cı il  aprel  hadisələrinin  iştirakçıları, Bakı  Şəhəri üzrə  Təhsil  İdarəsinin  məsul  şəxsləri,  Qarabağ   müharibəsi  Şəhid  Ailələri  İctimai  Birliyinin  məsul  şəxsləri  iştirak  etmişlər.

Tədbir  yüksək  səviyyədə  təşkil  olunmuşdur.  Gənclərin  hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasında  bu  cür  tədbirlərin  keçirilməsi  şagirdlər, müəllimlər, valideynlər tərəfindən  yüksək  qiymətləndirilmiş  və  belə  tədbirlərin  davamlı  keçirilməsi məqsədəuyğun  hesab  edilmişdir.

Veteranlar   müharibə  xatirələri,  cəbhədə döyüşçülərin göstərdikləri  şücaətləri  haqqında danışdılar.

Tədbir  məktəblilərin  hazırladığı  rəngarəng  səhnəciklər    və  ədəbi – bədii  kompazisiya  ilə  davam  etdirildi.

Tədbirin  sonunda  məktəbin  ictimai  işlərində  fərqlənən  müəllim və  şagirdlərə  fəxri  fərmanlar  təqdim  olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi