Məktəbdaxili futzal yarışı keçirildi

2017-2018 ci tədris ilində VI-VIII siniflər arasında  məktəbdaxili  futzal yarışı keçirildi. 30 noyabr tarixindən başlanan yarış 12 dekabr tarixində başa çatdı. Fiziki tərbiyə müəllimləri tərəfindən təşkil olunan və icra edilən yarışın keçirilməsi üçün seçilmiş oyunçulardan komandalar yaradıldı. Yarışda hər komandada 5 nəfər (1 qapıçı,4 oyunçu) olmaqla 104 nəfər (65 əsas, 39 ehtiyat) şagird iştirak etdi. İki hissədən(hər hissə 10 dəqiqə,fasilə 5 dəq.) ibarət olan yarış dairəvi üsulla keçirildi. Yarışda 13 komanda iştirak etdi. 3 qrupa (A,B,C) bölünən yarışın A qrupunda VI, B qrupunda VII, C qrupunda isə VIII siniflər mübarizə apardı. Ən çox xal toplayan komandalar 4/1 -ə vəsiqə qazandı. 4/1-də qalib gələnlər 2/1-ə, 2/1-də qalib gələnlər isə finala vəsiqə qazandı. Finalda qalib gələn komandalar I,II yerə layiq görüldü. 2/1-də məğlub olan komandalar III yer uğrunda mübarizə apardı və qalib gələn komanda III yerə layiq görüldü. Yarış ərzində ən çox qol vuran oyunçu “qızıl top” diplomuna layiq görüldü. Yarışın nəticələrinə görə I yerə 8ç, II yerə 7a, III yerə 8a sinifləri layiq görüldü. Qızıl top diplomunun sahibi yarış boyunca 19 qol vuraraq 8ç sinfinin hücumçusu Əhmədov Rəvan elan edildi. Qaliblərə məktəbin direktoru tərəfindən diplomlar verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi