MƏKTƏBİMİZDƏ “RİYAZİYYAT” AYLIĞI KEÇİRİLİR

Məktəbin İllik Fəaliyyət Planına əsasən tədrisdə keyfiyyətin yüksəldilməsi və şagirdlərdə riyaziyyata marağın artırılması üçün məktəbimizdə dekabr ayı “Riyaziyyat” aylığı  elan edilmişdir. Bununla əlaqədar olaraq, tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında əks olunan məsələlərdən biri riyaziyyat fənninin tədrisi vəziyyətinin yoxlanılması məsələsidir. Bununla bağlı məktəbin  riyaziyyat fənni üzrə metodbirləşmə sədri Afaq Bağırova dərsləri dinləyir və müəllimlərə öz metodiki köməkliyini və tövsiyələrini əsirgəmir. Tədbirlər planına əsasən fənn aylığı çərçivəsində dəyirmi masalar, yarışmalar və  digər maraqlı tədbirlərin də keçirilməsi nəzərdə tutulmuşdur. “Riyaziyyat” aylığı davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi