“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi

Təhsil Nazirliyinin 16 noyabr 2017-ci il tarixli ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi ilə bağlı əmrinə əsasən məktəbdə müsabiqənin ilk - məktəb mərhələsi keçirildi. Məktəb mərhələsində VIII-XI siniflər üzrə 9 şagird iştirak etdi. Müsabiqənin şərtlərinə əsasən VIII-IX siniflər üzrə 1, X-XI siniflər üzrə 1 şagird müsabiqənin şəhər mərhələsinə göndəriləcək.