Monitorinqin keçirilməsi ilə bağlı müəllimlərlə görüş keçirildi

23.11.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 25.11.2017-ci il tarixində ümumtəhsil məktəblərinin 9-cu siniflərində ana dili və riyaziyyat fənnindən keçirələcək monitorinq imtahanları ilə əlaqədar məktəb rəhbərliyi ana dili və riyaziyyat fənlərini tədris edən müəllimlərlə, həmin siniflərin sinif rəhbərləri , eləcə də digər fənn müəllimləri ilə görüş keçirmişdir. Görüşdə, monitorinqin fəaliyyəti müzakirə olundu. Monitorinqin keçirilməsi üçün sinif otaqları müəyyənləşdirildi. 67 nəfərdən ibarət olan 9-cu sinif şagirdləri üçün 5 otaq ayrıldı. Hər sinfə 2 nəfər olmaqla nəzarətçilər təyin olundu. Nəzarətçilər monitorinq imtahanlarının keçirilməsi haqqında təlimatlandırıldı.. Məktəb rəhbərliyi bildirdi ki, bütün 9-cu sinif şagirdləri saat 10.00-da sinif otaqlarına yerləşdirilməli və oturtdurulmalıdır. Sinif rəhbərlərinə göstəriş verildi ki, şagirdlər tam tərkibdə və məktəb formasında iştirak etməlidir.