Fənn metodbirləşmələrinin iclası keçirildi.

Məktəbin və metodşuranın illik fəaliyyət planına əsasən məktəbdə 03.11.2017-ci il tarixdə bütün fənlər üzrə metodbirləşmə iclasları keçirildi. İclaslarda bu məsələlərə diqqət yetirildi: tədrisin keyfiyyətinin yüksəldilməsi üçün fəaliyyət planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi, buraxılış imtahanlarına hazırlıq işlərinin düzgün təşkili, hər ayda görüləcək işlər, qarşılıqlı dərs dinləmələrin və açıq dərslərin təşkili, KSQ və BSQ materiallarının düzgün hazırlanması, istedadlı şagirdlərin aşkar edilməsi və onlarla görüləcək işlər, şagirdlərin olimpiadalara hazırlığı, şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi üçün tədbirlərin keçirilməsi, müəllimlərin pedaqoji mühazirələrdə iştirakının təmin edilməsi, istedadlı şagirdlərin müsabiqələrə cəlb edilməsi. Hər bir fənn müəllimi görülməsi nəzərdə tutulan tədbirlər barədə öz təkliflərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi