Son zəng

    İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə müəllim-şagird kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həmidova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışdı, məzunları “Son zəng” münasibətilə təbrik edib onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzuladı və bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd etdi. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildirdilər. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirildi. Bu ilin məzun günü bu ilə qədər olan bütün məzun günlərindən fərqlənirdi. Çünki bu il zəfər ilinin məzunları üçün çalınırdı Son zəng.  Aparıcılar bizi zəfərə aparan yol və müzəffər ordumuzun tarix yazan şəhidlərindən bəhs edən çıxışlar etdilər. Daha sonra Azərbaycanın  qalibiyyətinə həsr olunmuş şeirlər səsləndi. Xudayarın ifası isə Son zəng tədbirimizin zirvəsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi