Yazın əhvalı

Təbiət gözəllikdir, təbiət saflıqdır, təbiət möcüzədir sanki.Təbiətə daha da incəlik, zəriflik bəxş edən isə güllər, çiçəklərdir.Təbiətlə mehriban rəftar etmək, ona qayğı ilə yanaşmaq isə biz insanların mənəvi borcudur.Təbiətin bizi düşündüyü kimi biz də onu düşünməliyik.

Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin  həyəti və hasarı rəngarəng qızılgüllərlə bəzənib. Xüsusi qayğı ilə qorunub böyüdülən bu güllər məktəbin yanından keçən hər kəsi, xüsusilə də doğma məktəbimizin müdiriyyətini, müəllimlərini, bütün  kollektivini, şagirdləri, valideynləri heyran edir. Şagirdlər bu güllərə nəinki zərər yetirmir, hətta ətrini duymaq üçün qoxlamağa belə qıymırlar. Hər zaman səliqəsi ilə seçilən  məktəbimiz yazın ən parlaq ayı olan may ayında bu valehedici güllər sayəsində daha da gözəl görünür

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi