1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə qızıl kimi qiymətli vaxtından kəsib məmnunluqla uşaqların bayram tədbirlərinə gəlib.

Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür

01.06.2019-cu il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə 4"C" sinif şagirdlərinin iştirakı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şagirdlər tərəfindən maraqlı səhnəciklər göstərildi,şeirlər və mahnılar söylənildi.Tədbirin keçirilməsində əməyi olan 4"C" sinif rəhbəri Laləzar Mövlayevaya məktəb rəhbərliyi adından təşəkkürümüzü bildiririk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi