Plastik tullantıların ətraf mühitə mənfi təsirə

Azərbaycan Respublikası Təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmri ilə "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" nın icrasına dair Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.Təhsil Nazirliyinin qeyd olunan əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 30.04.2019-cu il tarixli F-202 nömrəli əmr imzalanmışdır.Bu əmrin icrası ilə bağlı olaraq 30.05.2019-cu il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə şagirdlərə bu əmrlə bağlı məlumatı məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev çatdırdı.Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi və video çarxlar nümayiş etdirildi.Sonda məktəbin Kimya müəllimi Ülviyyə Xəlilova şagirdlərə bu mövzu haqqında ətraflı məlumat verdi.