İnsan hüquqları aylığı

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Bu əlamətdar tarixi nəzərə alaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hər il olduğu kimi, bu il də mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan olunmuşdur.
Aylıq çərçivəsində 31.05.2019-cu il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə "İnsan Hüquqları Aylığı" çərçivəsində "dəyirmi masa" keçirildi.Bundan başqa şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi və video çarxlar nümayiş etdirildi.