Diaqnostik qiymətləndirmə

Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan "Məktəb seminarları" nda ümumtəhsil məktəblərində təhsil alan və zəif təlim göstəricisi olan şagirdlərin müəyyən olunması, onlarla məqsədyönlü işin təşkili tövsiyyə olunmuşdur.Bu məqsədlə 14 mart 2019-cu il tarixində ümumtəhsil məktəblərində diaqnostik qiymətləndirmələr təşkil olunmuş, zəif təlim göstəricili şagirdlər müəyyən olunmuş və həmin şagirdlərlə xüsusi proqram əsasında əlavə dərslərin keçirilməsinə başlanılmışdır.
Keçirilən dərslərin səmərələliliyini və şagirdlərin öyrənmə prosesini qiymətləndirmək məqsədilə 22.04.2019-cu il tarixində C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə xüsusi proqrama uyğun olaraq hazırlanmış 1-ci sınaq qiymətləndirmə təşkil olundu.
Sınaq qiymətləndirmədə şagirdlərə 30 sual Azərbaycan dili , 30 sual riyaziyyat , 30 sual ingilis dili fənnindən verildi.