Monitorinq

Bakı şəhəri 4 nömrəli tam orta məktəbdə dekabrın 26-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə monitorinq təşkil olunub. Monitorinq II, IV, VI və VIII siniflərdə Azərbaycan dili , riyaziyyat və ingilis dili olmaqla üç fənn üzrə keçirilib. II siniflər Azərbaycan dili və riyaziyyat, IV, VI və VIII sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən imtahan veriblər. 
Monitorinqlər bitdikdən dərhal sonra sual vərəqələri şagirdlərdən yığılaraq yoxlanılması üçün məsul şəxsə akt üzrə təhvil verilib. Məktəb rəhbərliyinin nəzarəti altında monitorinq imtahanları şəffaf və obyektiv şəkildə həyata keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi