Heydər Əliyevin anım günü

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq şagirdlər arasında təqdimat,video-slaydlar nümayiş olundu.Öncə ümumilli liderin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Anım tədbirini məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini açaraq şagirdlərə ulu öndər haqqında ətraflı məlumat verdi.Sonda şagirdlərin ifasında şeirlər səsləndi.
Tədbirin keçirilməsində yaradılan şəraitə görə məktəb rəhbərliyinə minnətdarlığımızı bildiririk.