Parlament-100 il

AXC-nin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin davamı olaraq 7 dekabr 2018-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 N-li  tam orta məktəbdə parlamentimizin yaranmasının 100 illik yubileyi qeyd olundu.Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Fərid müəllim açaraq AXC-nin tarixi haqqında, parlamentin tarixi haqqında şagirdlərə məlumat verdi. Daha sonra məktəbimizin şagirdləri parlamentimiz və onun fəaliyyəti haqqında təqdimatlar və video slaydlar təqdim etdilər.
Azərbaycan dili və ədəbiyyat müəllimi Tahirov Məmməd, ibtidai sinif müəllimi Rəfiyeva Rizvanə müəllim də AXC və parlament haqqında öz fikirlərini bildirdilər. 
Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Hüseyn Ağayev  sonda müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi. Şagirdlərə uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi