Müəllimimizin konfransda iştirakı

03 noyabr 2018-ci il tarixdə ADPU-da Azərbaycan Təhsil Şurasının 20 illiyinə həsr olunmuş “Cəmiyyətin formalaşmasında və inkişafında təhsilin rolu” mövzusunda Respublika elmi praktik konfransı keçirilib. Konfransda “Təhsil proseslərinin iştirakçıları və onların bu prosesə təsiri” mövzusunda məruzəçilərin çıxışları dinlənilib. Məktəbimizin fizika müəllimi Nəzərova Günay bu konfransda məruzə ilə çıxış edib və məruzəçi sertifikatı ilə təltif olunub.Günay Nəzərovaya gələcək işlərində uğurlar arzulayırıq.