Bir daha yüksələn bayraq, bir daha enməz

Bakı şəhəri Sabunçu rayonu C.Cahangirov adına 4 saylı orta məktəb kitabxanasında Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş sərgi təşkil olunmuşdur.Sərgidə məktəbin müdiriyyəti başda olmaqla,müəllim və şagird kollektivində böyük maraq yaratdı.Sərgidə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığı dövr barədə şagirdlərə ətraflı məlumat verilmiş, bir sıra sənədlər, kitablar, stendlər əks olunmuşdur.Məktəb kitabxana müdiri Məlahət Əliyeva və kitabxanaçı Fidanə Məmmədova şagird-müəllim kollektivini 1918-1920 illəri Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı dövrü hərtərəfli şərh etmişlər