Məktəbimizdə “Yaz həyəti" layihəsi

Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən “Yaz həyəti" layihəsi çərçivəsində tələbə-könüllülər şagirdlərlə birlikdə məktəblərdə ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlərdə könüllü olaraq fəaliyyət göstərirlər.“Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumi təhsil müəssisəsini əhatə edir.Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahəsinin təmizlənməsi, yeni yaşıllıqların salınması, ağacların gövdələrinin ağardılması kimi işlər nəzərdə tutulub.Bu məktəblər arasında Nərimanov rayonu R.Nəsrəddinov adına 39nömrəli tam orta məktəb “Yaz həyəti” layihəsində iştirak etmək üçün seçilən məktəblərdəndir.14.04.2016-cı il tarixində məktəbimizdə də “Yaz həyəti” layihəsi geniş şəkildə keçirildi.İlk olaraq məktəbimizin direktoru Tahirə xanım Şükürovanın təşkilatçılığı altında məktəbimizin 9cu sinif şagirdlərinin köməyi ilə məktəbimizin həyətyanı sahəsi təmizləndi,sonra isə Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü cəmiyyəti tərəfindən məktəbimizə bağışlanan 105 ağac tingi-zeytun,çinar,küknar məktəbimizin həyətyanı sahəsində əkildi.Bundan başqa şagirdlər tərəfindən gül kolları da əkildi,ağacların gövdələrinin ağardıldı və quş yuvaları asıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi