8-ci sinif şagirdlərinin mütaliə vərdişləri ilə bağlı təşkil etdiyi tədbir

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. Aprel ayının 12-də məktəbimizdə 8-ci sinif şagirdləri oxuduqları əsərlər əsasında tədbir təşkil etmişdirlər.8 a sinifinin ədəbiyyat müəlliməsi Z.Gülarə şagirdlərlə birgə Nizami Gəncəvinin irsini müzakirə etdilər,N.Gəncəvinin poemalarından epizodlar nümayiş etdilər,8 b sinifinin ədəbiyyat müəlliməsi Rövşaniyyə Məmmədova şagirdlərlə birgə Azərbaycanın görkəmli dramaturqu M.F.Axundovun yaradıcılığını müzakirə etdilər, M.F.Axundovun Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah pyesinden epizodlar nümayiş etdilər,8 ç sinifinin ədəbiyyat müəlliməsi O.Esmiralda şagirdlər birgə Azərbaycanın yazıçı, dramaturq, jurnalist, ictimai xadimi Cəlil Məmmədquluzadənin yaradıcılığından danışmış , Cəlil Məmmədquluzadənin "Poçt qutusu" adlı ilk mətbu əsərindən səhnəciklər nümayiş etdirdilər. Tədbirdə məktəbin direktoru Tahirə xanım Şükürova uşaqlarla əsərlər haqqında diskusiya, sual-cavab apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi