Nərimanov rayonu R.Nəsrəddinov adına 39№-li tam orta məktəbi Xocalı faciəsinin 24cü il dönümünü yad etdilər

Bu gün Xocalı faciəsinin 24cü il dönümünün yad edilməsi məqsədilə Bakı Şəhəri Nərimanov rayonu R.Nəsrəddinov adına 39№-li tam orta məktəbdə geniş tədbirlər keçirildi.Məktəb şagirdləri Xocalı şəhidlərimizin xatirəsini ehtiramla yad edib,gözəl şeirlər söylədi,səhnələr göstərdi.Tədbirdə şagirdlər faciə nəticəsində bütün yaxınlarını itirmiş 25 nəfərin həyatından bəhs edən "Böyüməyən uşaqlar filmindən fraqmentlərə tamaşa etmişlər.Tədbirdə məktəbimizin direktoru Tahirə xanım Şükürova çıxışında bir daha Xocalı şəhidlərinin əziz xatirəsini yad etmiş, onların yaxınlarına, ailə üzvlərinə, Azərbaycan xalqına bir daha dərin hüznlə baş sağlığı vermiş,həmçinin çıxışında qeyd etdi ki, xalq alibaşkomandanımızın siyasəti nəticəsində gec tez o torpaqlara qayıdacaqdır, Tahirə xanım həmçinin çıxışında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya Ədalət "Beynəlxalq kampaniyasının yeni internet səhifəsini şagirdləri paylaşım etməyə çağırdı.Bununla yanaşı 23fevral tarixində "Xocalı soyqrımını tanıtma" ictimai birliyinin təşəbbüsü ilə bir qrup məktəbli və həmçinin məktəbimizin 11b sininf şagirdi Ələkbərli Şamilə Biləsuvar rayonuna Mübariz İbrahimov adına liseydə anım mərasimində iştrak etmişdir.Onlar həmçinin Mübariz İbrahimovun ailə üzvləri ilə görüşmüşlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi