Mütaliə vərdişləri

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 2-ci bəndinə əsasən "Şagirdlərin vətənpərvərlik ruhunda gücləndirilməsi istiqamətində, onların iştirakı ilə tədbirlərin təşkili" və Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. 17 fevral tarixində də bu əmrlərə əsasən məktəbin 2-ci sinifləri arasında "Xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin irsini dərindən öyrənək"və "Azərbaycanın Milli Qəhrəmanları qürur mənbəyimizdir"adlı tədbir keçirdilər.Tədbirdə hər sinif qeyd etdiyimiz mövzulara dair oxuduqları bədii ədəbiyyat nümunələrindən parçalar söylədilər,şeirlər dedilər,hər şagird Azərbaycanın Milli Qəhrəmanlarının həyatından danışdı,slaydlar nümayiş etdirdilər.Tədbirdə məktəbin direktrou Tahirə xanım Şükürova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatını hər bir insan üçün örnək olduğunu vurğulayaraq,bildirdi ki, şagirdlər bu irsi öyrənməklə gələcəkdə o ideya ətrafında birləşəcəklər,buna görədə hər bir məktəblinin Heydər Əliyev irsini körpəlikdən öyrətmək və sevdirməliyik,həmçinin Milli Qəhrəmanlarımız bizim torpaqlarımız uğrunda öz canlarını vermiş insanlardır,şagirdlərimiz onların həyatını örnək bilməlidir.Biz bir məktəb olaraq isə onlara Milli Qəhrəmanlarımızı körpəlikdən sevdirməliyik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi