Nərimanov rayonu R.Nəsrəddinov adında 39 nömrəli tam orta məktəbin şagirdlərinin dahilərlə görüşü

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 3.2-ci bəndindəki Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın "Azərbaycanın milli-mədəni irsinin, mədəniyyətinin , ədəbiyyat və incəsənətinin beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu" adlı məktəbimizdə mart ayında elmi praktik konfransı keçiriləcək.Bu səbəbdən Nərimanov rayonu R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin 9b sinif şagirdləri və tarix müəllimi T.Gülnarə ədəbiyyat və mədəniyyət xadimlərinin yad etmək məqsədi ilə Fəxri Xiyabana ziyarətə getdilər.Onlar görkəmli şəxsiyyətlərin,şair və yazıçıların qəbrini ziyarət etmişlər. Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ-nin xalq artisti Muslum Maqomayevin qəbrini ziyarət edərkən burada təsadüfən həyat yoldaşı Sovet və rus opera müğənnisi Tamara xanım Sinyavskaya ilə görüşmüşlər. Tamara xanım Azərbaycan məktəblilərini dahi bəstəkarı xatırladıqları,yad etdikləri üçün onlara təşəkkür edib, təəsüratlarını bölüşmüş, onunla xatirə şəkili çəkdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi