Məktəbəqədər hazırlıq qruplarının fəaliyyətinə start verildi

01.10.2018-ci il tarixdə məktəbimizdə məktəbəqədər hazırlıq qruplarının fəaliyyətinə start verildi. Kiçik məktəblilərin qarşılanması dövlət himninin səslənməsi ilə başlandı.Sonra məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək ilk dəfə məktəbə qədəm qoyan körpələri və valideynləri təbrik edərək məhz bizim məktəbi seçdiyi üçün onlara təşəkkürünü bildirdi.Tahirə xanım məktəbdaxili qaydalarla valideynləri tanış etdikdən sonra kiçik şagirdlər sinif otaqlarına getdilər. Körpə fidanların həyatında bu gün ilk dərs günü kimi unudulmaz günlərdən biri kimi yadda qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi