Müəlliməmizin uğuru

 28 sentyabr 2018-ci il tarixdə fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Riyaziyyat olimpiadalarına hazırlıq üçün ilkin vəsait” adlı layihənin yekun tədbiri və “Bərabərsizliklər” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan 39 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi və layihənin rəhbəri Leyla Hacıyeva layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.O qeyd edib ki, layihənin əsas məqsədi respublikamızda olimpiada hərəkatında şagirdlərin riyaziyyat olimpiadalarında uğurlu nəticələr qazanmasına köməklik göstərməkdir. Leyla Hacıyeva qeyd edib ki, layihə çərçivəsində nəşr olunan “Bərabərsizliklər” kitabı respublikanın hər bir məktəbində riyaziyyat müəllimləri, şagirdləri və riyaziyyatsevərləri onunla məşğul olmağa stimullaşdıracaqdır.Tədbirdə BŞTİ-nin nümayəndəsi Sevinc Əzimova,Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin ümumi təhsil sektorunun müdiri Fuad Qarayev,39 nömrəli məktəbin direktoru Tahirə xanım Şükürova və riyaziyyat müəllimləri də iştirak edirdi.Müəlliməmizi təbrik edir ona gələcək işlərində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi