Ümumməktəb valideyn iclası

 

Bu gün məktəbimizdə ənənəvi olaraq ümumməktəb valideyn iclası keçirildi. İclas 4  mərhələdə təşkil olunmuşdu.İbtidai siniflər,5-8-ci siniflər , 9-10 və 11-ci siniflərin valideynləri ilə ayrı-ayrı görüş keçirildi.İclasda məktəbin direktoru Tahirə xanım çıxış edərək yeni dərs ilinin başlanması münasibəti ilə valideynləri təbrik etdi. Sonra şagirdlərin məktəb formaları, dərsə gecikmə halları kimi ümumi problemlərdən danışdı. Yeni kurikulum-təlim metodları,qiymətləndirmə standartları ilə valideynləri yaxından tanış etdi.Yeni təlim metodlarına əsaslanan tədris prosesində ev tapşırıqlarının verilmə qaydaları haqqında əraflı məlumat verdi.Dərsliklər haqqında danışan Tahirə xanım bu dərsliklərin məktəbə Təhsil Nazirliyi tərəfindən 4 il müddətə verildiyini deyib, onların qorunmasını, səliqəli saxlanıb gələcək şagirdlərə verilməsinin təmin edilməsini valideynlərdən tələb etdi. Tahirə xanım həm də qeyd etdi ki, məktəbimizdə neqativ hallar yoxdu və olacağı təqdirdə ciddi araşdırılıb, günahkarların cəzalandırılacağını söylədi. Tahirə xanım valideyn, müəllim və şagird üçlüyünün təlim və tərbiyəsinin inkişafında vacib rol oynadığını vurğulayıb onları məktəblə daima sıx əlaqədə olmağa dəvət etdi. Çıxışının sonunda Tahirə xanım valideynlərin suallarını cavablandırıb, təkliflərini dinlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi