Vladimir şəhərinin 910 illiyinə həsr olunmuş açıq dərs

28 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri Rusiya mədəniyyət və informasiya mərkəzinin təklifinə əsasən məktəbimizdə tarix müəllimi Gülnarə Tanqrıverdiyevanın təşkilatçılığı ilə Vladimir şəhərinin 910 illiyinə həsr olunmuş açıq dərs keçirildi. Tədbirdə Rusiya mədəniyyət və informasiya mərkəzinin koordinatoru L.T.Yakunina,müəllim və valideynlər iştirak edirdilər. Dərsdə iştirak edən şagirdlər Vladimir şəhərinin tarixinə,mədəniyyətinə həsr olunmuş maraqlı təqdimatlar hazırlamışdılar. 9-cu sinif şagirdləri “Vladimir şəhərinin tarixi”,8-ci sinif şagirdləri “Vladimir şəhərinin arxeoloji abidələri”,6-7-ci sinif şagirdləri isə “Vladimir-möcüzələr şəhəridir” adlı çıxışlar təqdim etdilər.Tədbirdə Vladimir şəhərinə həsr olunmuş film də nümayiş etdirildi. Sonda Rusiya mədəniyyət və informasiya mərkəzinin koordinatoru L.T.Yakunina çıxış edərək məktəbin direktoru Tahirə xanım Şükürovaya,pedaqoji kollektivə yaratdığı şəraitə görə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi