Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

İyunun 14-də təhsil naziri Ceyhun Bayramov  təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.Tədbirdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.Bu tədbirdə məktəbimizi 11”A” sinif şagirdi, respublika fənn olimpiadasının qalibi Əhmədova Fazilə təmsil edirdi.

Ceyhun Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib.

Görüşdə məzunlara ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduqlarına görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnamə”si təqdim edilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi