20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 3.10-cu bəndinə əsasən Təhsil müəssisələrində məktəblilərin iştirakı ilə “ 20 Yanvar faciəsinin 26cı il dönümü ilə əlaqədar olaraq “Milli Qəhrəmanlarımız and yerimizdir”mövzusunda Nüşabə müəllimə 10b sinfində dəyirmi masa keçirdi.Həmçinin məktəbimizdə “ 20 Yanvar faciəsinin 26cı il dönümü ilə əlaqədar olaraq Zəminə müəllimə və Şəhanə müəllimənin birgə hazırladığı "Qərənfil əfsanəsi" adlı bədii kompozisiyası keçirildi. Tədbir ilk olaraq Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başlanıldı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə ilk olaraq söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi. Tahirə xanım çıxışında dedi ki, xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, çıxış edərək,xalqla birgə olduğunu bildirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verərək,Qorbaçovun onun başçılığı altında rus ordusunun cinayət törətdiyini dedi,onun hərəkətlərinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdiyini dedi. Tahirə xanım bu tarixi çıxışın xalqın qəlbində ümid çırağı yandırdığını qeyd etdi.Tədbir şagirdlərin ifasında şeir və mahnılarla davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi